02 oktyabr 2017 18:29
608

Bakıda Almanların Azərbaycanda məskunlaşmasını əks etdirən sərgi açılacaq

Oktyabrın 6-da “Kapellhaus” Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində “Sərhədlərin silinməsi. Almanlar Vürttemberq və Qafqaz arasında vətən axtarışında” adlı sərgi açılacaq.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, almanların Azərbaycanda məskunlaşmasını özündə əks etdirən banerlərdən ibarət sərgi oktyabrın 19-dək davam edəcək.

Sərgi Almaniyanın ölkəmizdəki səfirliyi, “EuroKauk Asia” mədəni və elm birliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.