02 oktyabr 2017 19:27
547

“YARAT” da növbəti tədbir kukla rəssamlığına həsr ediləcək

Oktyabrın 4-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq"” layihəsi çərçivəsində növbəti tədbir kukla rəssamlığın həsr ediləcək.

AZƏRTAC xəbər verir ki, layihənin budəfəki qonaqları tanınmış kuklaçı rəssamlar İrina Qundorina və Pərviz Hüseynov olacaq.

Tədbir çərçivəsində rəssamlar öz yaradıcıqlarınadan söhbət açacaq, kukla sənəti tarixindən danışacaqlar.

Həmçinin, mövzuya aid maraq doğuran suallar cavablandırılmaqla yanaşı, rəssamlar öz təcrübələrini bölüşəcəklər.