13 oktyabr 2017 16:10
473

Ölkənin inkişafında YAP-ın xidmətləri əvəzsizdir

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP Tərtər rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında keçirilən silsilə tədbirlər  davam edir.

Rayon təşkilatının  Təhsil şöbəsi, Mədəniyyət və turizm idarəsi, Uşaq musiqi məktəbi və “Zülfüqaroğlu” MMC  ərazi ilk partiya təşkilatlarında keçirilən tədbirlərdə əvvəlcə  ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Yeni Azərbaycan Partiyasının keçdiyi yola dair video-çarxlar nümayiş etdirilib.

 Təhsil şöbəsi ərazi ilk partiya təşkilatında keçirilən yığıncaqda  sədr İntiqam Nuriyev, YAP fəallarından İmran Məmmədov, Qaragöz Heydərli, Təbrizə Əhmədova, Dilguşə Hüseynova, uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatındakı  tədbirdə sədr Emin Haqverdiyev, YAP fəallarından Rəfayıl Həsənov, Sevil Teymurova, mədəniyyət və turizm idarəsi ərazi ilk partiya təşkilatında  sədr  Reyhan İsmayılova, YAP fəallarından Telman Məmmədov, İlduzə Qurbanova, Gündüz Mürsəlov, Şəlalə Əliyeva, “Zülfüqaroğlu” MMC  ərazi ilk partiya təşkilatında  sədr  Bəxtiyar Mehtiyev, YAP fəallarından Azər Şirinov, Mübariz İbrahimov çıxış edərək  Yeni Azərbaycan Partiyasının yaranma tarixindən,  Ulu Öndərin rəhbərliyi altında yaradılan partiyanın çətin şəraitdə formalaşmasından, ölkəmizin inkişafında göstərdiyi xidmətdən söhbət açıblar.

Təhsil şöbəsi ərazi ilk partiya təşkilatlarında keçirilən tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov bildirib ki, Yeni Azərbaycan Partiyası bu gün möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizlə bərabər, hərtərəfli inkişaf mərhələsini yaşayır. Partiyamızın sıraları ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu, əbədiyaşar  şəxsiyyət Heydər Əliyev ideyaları ilə silahlanmış, dövlətə, Vətənə, xalqa sadiq insanlar hesabına genişlənməkdədir. YAP-ın  sıralarına qoşulanların böyük əksəriyyətinin gənclərdən ibarət olması, Yeni Azərbaycan Partiyasının zamanın, dövrün tələblərinə uyğun olaraq yenilənməsi, doğma Azərbaycanımızın gələcəkdə də etibarlı əllərdə olacağından xəbər verir.  Keçdiyimiz 25 illik tarixi yol, qazanılan böyük uğurlar  hər bir YAP üzvündən ciddi  məsuliyyət tələb edir. Çünki məhz bizlər müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi, beynəlxalq aləmdə əldə etdiyimiz  nüfuzun  qorunub saxlanılmasında və daha da yüksəldilməsində ön sıralarda olmalıyıq.   

Vəli İlyasov,

“İki sahil”