13 oktyabr 2017 18:53
346

Bolqarıstan Prezidenti Rumen Radev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, Bolqarıstan Prezidenti Rumen Radev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Prezident Rumen Radev və xanımı Desislava Radeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüblər.