06 dekabr 2017 16:48
2867

Rusiya 2018-ci il Qış Olimpiadasından kənarlaşdırılıb

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı 2018-ci ildə Koreya Respublikasının Pxönçan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırıb.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, rusiyalı idmançılar yalnız Olimpiya bayrağı altında turnirə qatılacaqlar.

Beynəlxalq Olimpiya Komitəsinin açıqlamasına görə, bu qərar Lozannada keçirilən toplantıda verilib.