25 dekabr 2017 21:50
1594

Hemilton: "Məni əsəbiləşdirdi"

"Mercedes"in pilotu Lüis Hemilton etiraf edib ki, onu Bakıda keçirilən Azərbaycan Qran-prisi zamanı Sebastyan Fettelin hərəkətindən çox, alman pilotun bunu qəsdən etmədiyini deyən insanlar bərk hirsləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu Hemilton "Sky Sports"a bildirib.

"Hesab edirəm ki, bu vəziyyətdə ən pis olan şey, mənim Bakıdakı yarışdan sonra söhbət etdiyim ayrı-ayrı şəxslərin Fettelin bunu heç də qəsdən etmədiyini demələri idi. Mən onlara cavab verdim: "Bəs siz bilirsinizmi ki, biz ikimiz də avtonəqliyyat vasitəsi ilə yarışırıq və düz xətt üzrə maşını necə sürməli olduğumuzu bilirik?", - deyə o söyləyib.

Bunu, yeri gəlmişkən yüksəkvəzifəli stüardlar deyirdilər, sonra isə onlar etiraf etdilər: "Bəli, bəlkə də sən haqlısan". Mən isə onlara cavab verdim: "Siz ümumiyyətlə hansı yarışa baxmısınız?".