08 yanvar 2018 21:16
957

Səudiyyə Ərəbistanı İsraildən raket əleyhinə müdafiə sistemi alır

Səudiyyə Ərəbistanı İsraildən "Dəmir günbəz" raket əleyhinə müdafiə sistemi alması barədə danışıqlara başlayıb.

“Report” İsveçrədə çıxan “Basler Zeitung” qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında qeyri-rəsmi əlaqələr qurulur.

Məlumata görə, Krallıq Yəməndə husi qiyamçılarının atdığı raketlərdən müdafiə məqsədilə "Dəmir günbəz" raket əleyhinə müdafiə sistemini almaq istəyir.

Qəzet Ər-Riyadla Təl-Əviv arasında qeyri-rəsmi hərbi sahədə əməkdaşlıq edildiyini yazıb.

Bundan əlavə, Səudiyyə Ərəbistanı İsraildən silah-sursat və tank da almaq niyyətindədir.