10 yanvar 2018 18:22
1059

Bu gün “Azadinform”un 19 yaşı tamam olur

Bu gün Azərbaycanın ən çox oxunan informasiya agentliklərindən biri “Azadinform”un 19 yaşı tamam olur.

“Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyevin sözlərinə görə, agentliyin xəbər siyasətində, informasiyanın təqdimatında hay-küyə yer yoxdur:

“Bütün bu illər ərzində çalışmışıq ki, xəbər istehsalında qərəz, digər neqativ hallara yol vermədən fəaliyyət göstərək. Digər tərəfdən də biz ölkənin inkişafına, dövlətçiliklə bağlı məsələlərdə mövqeyimiz sabit olub və düşünürəm ki, bundan sonra da belə olacaq. Çalışmışıq ki, biz oxucunun arxasınca yox, oxunu öz arxamızca gətirək. Prinsip etibarı ilə medianın işi bu olmalıdır. Biz yarananda 3-4 sayt var idi. O saytlardan bəziləri sıradan çıxıb. Ondan sonra bir çox saytlar əmələ gəlib ki, onlar da cəmiyyətdə kifayət qədər nüfuz toplayıb. Bizdə bunlarla sağlam rəqabət şəklində ayaqlaşmağa çalışırıq. Düşünürük ki, fəaliyyətimizi bundan sonra da bu günə kimi qurduğumuz kimi davam etdirəcəyik. Mən baş redaktor olmaqla yanaşı həmdə oxucuyam, düşünürəm ki, bu illərdə biz qüsur etməmişik. Düşünürəm ki, bundan sonra da belə davam edəcəyik.”