10 yanvar 2018 22:25
1037

Müdafiə Nazirliyinə daxil olan heç bir müraciət diqqətdən kənar və cavabsız qalmır

Ötən il Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə daxil olmuş müraciətlərə baxılması, hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu işi Azərbaycan Respublikasının Konstitusiyasına, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlara və mü¬dafiə nazirinin müvafiq əmrlərinə əsasən həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti və idarəetmə orqanlarından, nazirliklərdən, ictimai təşkilatlardan və vətəndaşlardan nazirliyə daxil olmuş 50 minədək müraciət qanunvericiliklə müəyyənləşdirilən qaydada aidiyyəti üzrə nazirliyin baş idarə, idarə və xidmətlərində baxılaraq həll edilib. Bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb.

Müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq tədbirlər həyata keçirilib. Həmçinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanları və müvafiq qurumlarla əlaqələr yaradılıb.

Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və elektron xidmətin təşkili məqsədilə Müdafiə Nazirliyinin “mod.gov.az” rəsmi internet səhifəsinin “Müraciətlər” bölməsində nazirliyin rəhbər şəxslərinin qəbul günləri, vaxtı, yeri və əlaqə telefonları, eləcə də “[email protected].аz” elektron poçt ünvanı göstərilib.

Vətəndaşlar “Müraciətlər” bölməsinə daxil olaraq onları maraqlandıran 5 minədək sual, təklif, sorğu və şikayəti internet vasitəsilə Müdafiə Nazirliyinə ünvanlayıb. Müraciətlərin qəbul olunması barədə vətəndaşlara dərhal məlumat verilib, onların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin edilib. Bundan əlavə, nazirliyin 912 nömrəli “Qaynar xətt”inə daxil olan müraciətlər araşdırılaraq bir qismi operativ qaydada həll edilib, digərləri isə müvafiq qaydada icra olunub.

Ötən il Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində, eləcə də hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təyin olunmuş günlərdə və saatlarda 2 min nəfərdən artıq vətəndaşın qəbulu keçirilib. Qəbul zamanı daxil olmuş müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.

Bu də hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, həmçinin daxil olmuş müraciətlərin icrasına nəzarətin daha da gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müvafiq göstəriş verilib.