Menu
  • 22-01-2018
      • Bakı +7+11

  • 22-01-2018
    • $ 1.7001
      2.0849

1   2   3   4   5   6

SİYASƏT

Gənclərlə iş daim diqqət mərkəzində saxlanılıb

11-01-2018 [ 12:26 ] [ oxunub:204 ]
A+ | A-

Yeni Azərbaycan Partiyası (YAP) Culfa Rayon Təşkilatının şura iclasında 2017-ci ildə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov məruzəsində YAP Culfa rayon təşkilatının 2017-ci ildə gənclərlə işin daim diqqət mərkəzində saxladığını, təşkilatın Gənclər Birliyinin Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi ilə birlikdə müxtəlif tədbirlər keçirdiyini bildirib.

Qeyd olunub ki, ötən il də rayon təşkilatı üzvlərinin sayı artıb, keyfiyyət dəyişiklikləri baş verib, partiya intizamı gücləndirilib. Təşkilat tərəfindən İdarə Heyətinin və şuranın iclasları, toplantı və elmi-praktik konfranslar keçirilib.

Hazırda rayon təşkilatının 55 ərazi ilk təşkilatı 5 min 515 partiya üzvünü öz ətrafında birləşdirir. Onlardan 2 min 609 nəfərini qadınlar, 1658-ni isə gənclər təşkil edir. Ötən il partiya sıralarına 91 nəfər qəbul olunub.

Qadir İbrahimov vurğulayıb ki, cari ildə də rayon təşkilatı ərazi ilk təşkilatları ilə əlaqəni daha da gücləndirəcək, tələbkarlıq, təşəbbüskarlıq və yenilikçilik, yeni iş və metodlardan istifadə diqqətdə saxlanılacaq. 2018-ci il fevralın 7-də partiya üzvləri rayon təşkilatının yaranmasının 25 illik yubileyini qeyd edəcəklər.

Şura iclasında YAP rayon təşkilatının Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Yaycı kənd ərazi ilk partiya təşkilatının sədri Vaqif Abdullayev, Bənəniyar kənd ərazi ilk partiya təşkilatının sədri Duvangir Əhmədov çıxış ediblər.

İclasda müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul olunub.

Sonra İdarə Heyətinin yığıncağı keçirilib, təşkilatın Gənclər Birliyinin hesabatı dinlənilib, bir qrup gənc partiya sıralarına qəbul edilib.

DİGƏR XƏBƏRLƏR