12 yanvar 2018 21:17
1221

Nazirlik saxta səhifə yaradılması ilə bağlı araşdırmaya başladı

Hazırda Səhiyyə Nazirliyi (SN) tərəfindən bu qurumun saxta səhifəsinin yaradılması ilə bağlı araşdırma aparılır.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, araşdırma bitdikdən sonra saxta səhifəni açan şəxsə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Qeyd edək ki, SN-nin saxta səhifəsinin açılması və orada arıqlama dərmanlarının endirimli qiymətlə təklf edilməsi barədə məlumatlar yayılıb.