14 yanvar 2018 14:15
1226

Barselona Avropada ilk şəhər olacaq

Barselona şəhərinin rəhbərliyi 5-ci nəsil mobil rabitə şəbəkəsinin qurulmasında maraqlıdır.

AZƏRTAC xəbər verir ki, yaxın aylarda Avropa Komissiyası qitənin bir neçə şəhəri tərəfindən verilən təklifləri araşdıracaq. Barselona meriyasının iqtisadi məsələlər üzrə departament rəhbəri Xerardo Pisareo hesab edir ki, bu şəhər bütün Cənubi Avropanın texnologiya mərkəzi ola biləcək gücdədir.

Barselonanın hər il Ümumdünya Mobil Texnologiyalar Konqresinə ev sahibliyi etməsi 5G texnologiyasının məhz bu şəhərdə ilk test olunmasına şərait yaradır. Konqresin direktoru Karlos Qrau da bu ideyanı dəstəkləyir.