15 yanvar 2018 16:56
1049

Baş Qərargah rəisi NATO toplantısında

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

"İki sahil"in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.