15 yanvar 2018 18:05
1495

Hazırlıq fevraldan aktiv fazaya keçəcək

"Formula-1" üzrə 2018-ci il Azərbaycan Qran-prisinə hazırlıq prosesi yeni təqvimə uyğun hazırlanmış plan üzrə aparılır. Artıq trek üçün baryerlərin quraşdırılmasına start verilib". 

"Report" xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin KİV üzrə meneceri Ayan Ağayeva deyib. O bildirib ki, hazırda bir sıra istiqamətdə işlər aparılır: "Əyləncə proqramı üçün hazırlıq gedir. Ötən ilin dekabrından media üçün akkreditasiyaya başlanılıb. Xarici KİV-lərə də təkliflərimizi vermişik. Könüllülərin qeydiyyat prosesi başa çatıb. Marşallarla da iş aparılır. Fevraldan etibarən aktiv fazaya keçirik".

Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi bu il 27 - 29 apreldə keçiriləcək.