15 yanvar 2018 18:10
1127

Nazirlik: Körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb

Gəncə şəhər Səhiyyə İdarəsində "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı"na həsr edilmiş müşavirə keçirilib. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirənin əsas məqsədi ölkədə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub.

Tədbirdə bildirilib ki, keçən 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb.

Müşavirədə 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümləri təhlili aparılıb.