15 yanvar 2018 20:20
1152

Ərinin kemiş arvadı məhkəməyə verdi

Aparıcı Nursel Erginin iş adamı həyat yoldaşı Murad Akyerin keçmiş xanımı Kamer Odabaşıo məhkəməyə şikayət ərizəsi yazıb. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadın aparıcının onun uşaqlarına pis davrandığını iddia edib:
 
“Uşaqlarım həftə sonu atalarında qalanda həmin qadın onlara qadağan etdiyim şirniyyatları yedirdir və bütün gün televizora baxdırır”. 

Akyer isə keçmiş arvadının ittihamları ilə razılaşmayaraq bunu “şəxsi intiqam” adlandırıb. Murad da məhkəməyə şikayət ərizəsi yazaraq iddianın ləğvini tələb edib.