16 yanvar 2018 19:10
1104

Erməni məşqçiyə ömürlük cəza

Özbəkistan millisinin sabiq baş məşqçisi Samvel Babayan futboldan ömürlük uzaqlaşdırılıb.

Qol.az-ın məlumatına görə, bu barədə Özbəkistan Futbol Federasiyası qərar verib.

Erməni əsilli özbəkistanlı məşqçi “Paxtakor”da işləyərkən oyunçuların müqavilələrində qanunsuz dəyişikliklər etməkdə günahlandırılıb. 

Qeyd edək ki, Babayan ötən ilin sentyabr ayında istefaya göndərilmişdi.