17 yanvar 2018 22:24
1159

Paraqvaylı yarımmüdafiəçi rəsmən "Neftçi"də

"Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi paraqvaylı yarımmüdafiəçi Fransisko Xavier Qarsiya ilə bir illik müqavilə bağlayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın "Serro Portenyo”, "İndependiente”, "Sportivo Lukeno”, "Deportivo Kapiata”, "Nasional” və Kolumbiyanın "Atletiko Huila” klublarında çıxış edib.

Xatırladaq ki, "Neftçi" bundan əvvəl  Aqil Məmmədov ("Qəbələ"), İlkin Qırtımov ("Keşlə") və Fərid Abbaslını ("Binə") transfer edib.