18 yanvar 2018 19:01
994

Rusiyada səfərdədirlər

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hülusi Akar və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan Rusiyada səfərdədr.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, H.Akar və H.Fidan Rusiya rəsmiləri, o cümlədən bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Gennadi Gersimovla görüşəcək.

Görüşlərdə bölgədəki vəziyyət, o cümlədən Suriyada təhlükəsizlik məsələləri müzakirə ediləcək.