22 yanvar 2018 14:20
1233

Ronaldunun qaşı yarılıb

Madridin "Real" klubunun hücumçusu Kriştianu Ronaldunun sol qaş nahiyəsi yarılıb.

“Report” xəbər verir ki, hadisə futbol üzrə İspaniya çempionatının "Deportivo"ya qarşı keçirilən oyunu (7:1) zamanı, matçın sonlarında baş verib.

Ronaldu sağ cinahdan qapı qarşısına göndərilən topa zərbə vurmaq istəyərkən rəqib müdafiəçi Fabian Şer ayağı ilə onun başına zərbə vurub və ağır xəsarət yetirib.

Portuqaliyalı 83-cü dəqiqədə baş verən hadisədən sonra meydana qayıtmayıb. Bununla belə o matçda dubl edib.