12 fevral 2018 15:39
989

Əli Əhmədov prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilib.

Bu barədə "Report"a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Əli Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevralın 12-dən aprel ayının 11-dək Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.