05 aprel 2018 14:54
1169

Türkiyə “Mini Ağıllı Sursat”ların kütləvi istehsalına başlayır

Hərbi əmliyyatlarda istifadə edilən sursatların kütləvi şəkildə yerli istehsalına başlayan Türkiyə artıq sahib olduğu ordu və hərbi texnika ilə düşmənlərini təşvişdə saxlamaqdadır.

Publika.az xəbər verir ki, qardaş ölkənin yerli silah-sursat şirkəti ROKETSAN “Atak” hücum helikopetlərinə birləşdirilən “Cirit” raketini modifikasiya edərək pilotsuz qırıcılar üçün istehsal etdiyi “Mini Ağıllı Sursat”ların (Mini Akıllı Mühimmat) kütləvi istehsalına başlayır.

MAM-C adlı Türkiyə Silahlı Qüvvələrinin yeni vuran gücü lazer axtarış xüsusiyyəti sayəsində yüksək hədəfləmə həssaslığına malikdir. ROKETSAN-ın məhsullarından istifadə edən TSQ MAM-L və MAM-C ilə fərqli hədəflərə qarşı ən təsirli olacaq alternativləri seçə biləcək.

MAM-C ilə xüsusilə, həssas tikililər, zirehsiz quru avtomobilləri, radar antenləri, silah mövqeləri kimi yumşaq hədəflərin, əlavə olaraq, 25 metr çapdan daha geniş sahəyə səpələnmiş terrorçu və düşmən əsgərlərin məhv edilməsi hədəflənir. MAM-C-nin başlığı hədəfinə az məsafə qaldıqda partlayaraq geniş bir sahəyə təsirini göstərir.

MAM-C

Uzunluğu: 80 cm

Çapı: 70 mm

Ağırlığı: 8.5 kq

Hərbi başlığı: 2.5 kq

Mənzil: 8 km