KÖŞƏ

Zahid Rza

Antimilli təfəkkürlü “mühacirlər” və erməni lobbisinin tezisləri

07 aprel 2018 23:54
6116

Respublikamız mühüm siyasi hadisə olan prezident seçkilərinə hazırlaşır. Seçki kampaniyası ilk gündən seçkilərin keçirilməsi üçün lazım olan şəraitin yaradılması, demokratikliyi ilə müşayiət olunur. Bütün seçki məntəqələri lazımi avadanlıqlarla, inventarlarla təchiz olunub. Həyata keçirilən seçki hazırlığının hər bir mərhələsinin uğurla başa çatdırılacağı haqqında mülahizələr onu deməyə əsas verir ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri uğurla başa catacaq.

Şübhəsiz, bütün bunlar bədxahlarımızı, erməni lobbisini və onların maliyyəsi ilə yallananları son dərəcə narahat edir. Həmin dairələr bütün qüvvələrini səfərbər edərək seçki ərəfəsində ölkəmizin beynəlxalq nüfuzunu ləkələmək, ictimaiyyəti çaşdırmaq, seçkiləri pozmaq, bu prosesə zərbə vurmaq naminə başlatdıqları bu oyunları daha təsirli etmək üçün milli mənlik şüurundan, Vətən, xalq təəssübündən məhrum olan bəzi xəyanətkar “soydaşlarımızı” müxtəlif üsul və vasitələrlə ələ alaraq onlardan  böyük məharətlə bir maşa kimi istifadə edirlər.

Bu gün Avropanın müxtəlif ölkələrində məskunlaşan “mühacirlər”in sosial şəbəkələrdə dövlətçiliyimizin, dövlətin simvollarının, ölkə başçısının və onun komandasının ən layiqli üzvlərinə qarşı əxlaqsızcasına “qara piar” kampaniyasını davam etdirməsi şübhəsiz, antiazərbaycan dairələrin, erməni lobbisinin “ənənəvi layihələr”inin növbəti epizodudur. Hamımız yaxşı bilirik ki, antiazərbaycan dairələrin ölkəmizdə reallaşdırılan yerli və beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində “sapı özümüzdən olan baltaları” tora salaraq öz çirkin və məkrli oyunlarına alət edərək respublikamızı hədəfə alması uzun illərdir ki “ənənə” halını alıb. Təbii ki, onların bu “layihələr”inin həyat dövrü aprelin 11-nə qədər olacaq. Həmin gün isə ölkəmizdə prezident seçkiləri keçiriləcək. Həmin gündən sonra antiazərbaycan dairələrin, erməni lobbisinin və onlarla işbirliyində olan  milli satqınların- müxtəlif bəhanələrlə Qərbin ayrı-ayrı ölkələrində məskunlaşaraq zibilxanalarda küllənən orduxanların, turalların, məhəmmədlərin rafayılların, eləcə də AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin və onlarının tör-töküntülrənin, yaldaşlarının el arasında deyildiyi kimi, fısları yatacaq. Bu xəyanətkarlar öz ağalarından aldıqları “yemlərini” nəhəng pitonlar kimi udaraq bir müddət gizlinə çəkilərək onu həzm etməklə məşğul olacaqlar.

Azərbaycan əleyhdarlarının ikrah doğuran əməlləri bütün detalları ilə ortadadır. Onlar Azərbaycanın düşmənləridir. Bəs adını azərbaycanlı qoyaraq onların dəyirmanına su tökən Vətən, millət dönüklərinin  bu mənəviyyatsız, namərd əməllərinə nə ad vermək olar?  Bütün etik-mənəvi dəyərləri tapdalayaraq, sərhədləri aşaraq ölkəsinə, millətinə, respublikamızın rəhbərliyinə, dövlət adamlarına şər-böhtan, təhqir yağdıran, millətin ziyalısını, sayılıb-seçilən insanları mənəvi və fiziki təhqirlərə məruz qoyan bu satqın söyüş makinaları cəmiyyətimizin böyük təpkisi və ictimai qınağına tuş olduqları üçün daha da aqressivləşiblər desək, yanılmarıq. Vətən əxlaqından, milli mənlik şüurundan xali olan bu xəyanətkarlar bir neçə gün bundan əvvəl hətta Almaniyanın Köln şəhərində 31 mart-Azərbaycanlıların Söyqırımı Günü ilə bağlı keçirilən tədbirə mane olmaqdan  belə çəkinmədilər. O acınacaqlı mənzərəni təəssüf və təəccüb hissi ilə izləyərkən bir daha bəlli oldu ki, orduxanlarırın, turalların, vidadilərin bu səfil, rəzil və xəyanətkar dəstəsi Azərbaycan əleyhinə aparılan təbliğatda erməni lobbisindən “səngərlərdə mövqeləri daha da möhkəmləndirin” tapşırığını alıblar.  Bu rəzil kampaniyanın lap əvvəlindən hiss olunurdu ki, həmin  xəyanətkarların başlatdıqları  normal, sivil siyasi mübarizə yox, ölkəmizin milli mənafe və maraqlarına qarşı yönləndirilən, beynəlxalq imicini korlamağa çalışılan, gözəgörünməz qüvvələr tərfindən məharətlə idarə olunan məkrli və zərərli bir oyundur. Bunların əməlləri kimi leksikonları da insanda ikrah və nifrət hissləri yaradır.

Təbii ki,  aprelin 11-də seçicilər düzgüqn seçim edərək  Azərbaycanın işıqlı gələcəyinə, tərəqqisinə, dinamik inkişafına yönəlik siyasətin davam etdirilməsinə səs verəcək. Məhz bunun sayəsində Azərbacan öz işıqlı sabahına doğru atılan addımlarını daha da möhkəmlənidirəcək. Ancaq orduxan teymurxanlar, tural sadıqlılar, həbib müntəzirlər, məhəmməd mirzəlilər, elmir şirəliyevlər, camal seyidlilər, pərviz abdullayevlər, pərvin ismayılovlar, zaman bünyatovlar, orxan həbibli, vəfa əlizadələr Vətəninə, millətinə dönük xəyanətkarlar kimi  tarixə düşəcəklər.