KÖŞƏ

Zahid Rza

Əli Kərimlinin “You Toube” hoqqabazlıqları...

13 iyun 2017 23:01
2621

və ya absurd teatr aktyorunun “monoloqları” barədə

Sosial bazası şkalanın sıfır vəziyyətində olan, marginallaşmış tiplərin dəstəbaşı rolunu böyük həvəslə, min hiylə və məkrlə ifa edən AXCP sədri Əli Kərimli son günlər  “siyasi varlığını” nümayiş etdirmək məqsədilə  sosial şəbəklərdə fəallaşaraq “You Toube” da Don Kixotluq etməyə başlayıb. Bu işdə o, heç də  yalnız deyil. Ötən əsrin 80-ci illərindən AXCP üzvü olan, lakin sonradan, yəni 90-cı illərin ortalarından öz liderinə xəyanət edərək bu təşkilatı ələ keçirən Ə.Kərimlinin ikiüzlülüyü,  satqınlığı nəticəsində qurumu tərk edən köhnə “çəbhəçilər”in yoxluğundan istifadə edərək “cəbhəyə” doluşan  beş-on nəfər “yurdçu” da bu çirkin işdə onun züytutanı və ya təlxəyi rolunun öhdəsindən “layiqincə” gəlməyə çalışırlar.

Məsələ burasındadır ki, xəyanətkar, antimilli əməlləri ilə özünü xalqdan təcrid edən, əli hər yerdən üzülən Ə.Kərimli indi pənahı, nicatı “you toube”lar, “tvviter”lər, üz tutduğu ünvan isə erməni lobbisinin çirkli pulları ilə bəslənən bəzi qərəzli beynəlxalq təşkilatlardır.  Nə edəsən? Xəyanət nəticəsində xalqdan ayrı düşməyin bədəli ağır olur. Aqillərimiz demişkən “qaradan artıq rəng olmaz”. Ə.Kərimli sosial şəbəkələrdəki çıxışlarından birini baş prokuror Zakir Qaralovun müxalif siyasi partiyalar və bir sıra qeyri-hökumət təşkilatlarının maliyyə şəffaflığı tələblərini pozması ilə bağlı açıqlamasına həsr edib. Baş prokuror həmin açıqlamada demişdi ki, özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən QHT-lər, siyasi partiyalar aldıqları qrantlar barədə məlumat vermirlər. Ona görə də aidiyyaəti orqanlar məcbur olurlar ki, bəzi tədbirlər görsünlər. Bu sahədə Azərbaycanda qanunvericilik təkmilləşdirildiyindən belə üzdəniraqlar hər hansı qeyri-qanuni yolla ölkəmizdə həmin çirkli və mənbəyi bəlli olmayan pulları ala bilmirlər. Ona görə də belələri qanunsuz əməllərə əl ataraq ayrı-ayrı ölkələrdə hesablar açmaqla öz çirkin niyyətlərini həyata keçirirlər. Burada çox haqlı olaraq bəzi suallar meydana çıxır: bu şəxslər on illərlə hər hansı bir qurumda işləməyərək cangüdənləri necə saxlayır, müxtəlif avtomobilləri hansı pulla alırlar, xaricə səfərləri nəyin hesabına edirlər?

Çox məntiqli və düzgün suallardır. Ə.Kərimli isə bu sualları cavablandırmaq əvəzinə “You Toube”da on-onbeş dəqiqəlik çıxışla müxtəlif manevrlərlə, özünü təmizə çıxarmaqla bu işlərdən uzaq olduğunu sübut etməyə çalışsa da, məntiqi pozğunluğu ilə özünü dalana dirəyib gülünc vəziyyətinə salır. Əslində AXCP sədrinin bu “ You Toube” hoqqabazlıqlarına bir absurd teatr aktyorunun saxta monoloqları da demək olar. Ə.Kərimli orada deyir ki, mindiyi bahalı maşınlara, rahat evlərə,  saxladığı cangüdənlərə, nə bilim, ixtiyarında olan qəzetlərə, saytlara özü pul xərcləmir. Pulu olmadığından bu xərcləri dostları, “əqidədaşları” çəkir. Nə qədər “dostbaz” adam imiş bu Ə.Kərimli?! Bir də ki, görəsən, belə dostları AXCP sədri haradan tapır? Deyirəm oxay, adamın belə dostları ola sənə ev, maşın ala, pul buraxıb qəzet nəşr edə, sayt qura və.s. Nə danışırsan ey,  dünya işlərinin tərsinə döndüyü belə bir zamanda hər kəsə bu cür  “bacarıqlı”, “qabiliyyətli”, “səxavətli” “dostlar nəsib olmur. Bu, yalnız Ə.Kərimlinin fitrətinə xasdır, yəni, belə dostlar yalnız ona məxsusdur. Onların kimliyini deyək, siz də tanıyın. Ə.Kərimlinin candostları dünyanın müxtəlif qütblərində yuva salaraq Azərbaycan, türk-müsəlmanlar əleyhinə mübarizəni özlərinə həyat amalı seçmiş  faşist, rasist xislətli erməni lobbisi, üzdəniraq antiazərbaycan şəbəkə və onların çirkli pullarıdır. Həmçinin o pulları ayrı-ayrı ölkələr vasitəsilə AXCP sədrinə ötürən antimilli ünsürlərdir.

 Yəqin ki, hamı AXCP sədri Ə.Kərimlinin sosial şəbəkələrdə uzun-uzadı “monoloq” söyləyərək Azərbaycanın düşməni olan həmin şər qüvvələrin “post terminal”ları funksiyasını məharətlə yerinə yetirən əfqan muxtarlı, gözəl bayramlı kimilərin qanunsuz əməllərinə don geydirmək üçün min bir oyundan çıxmasının, armudu əlindən alınmış meymun kimi fır-fır fırlanmasının səbəbini özü üçün aydınlaşdırdı. Fəlsəfədən də bilirik ki, səbəbsiz nəticə, nəticəsiz səbəb olmur. Burada  məlum nəticəyə gətirən səbəbləri araşdırmaq, kəlləmizin içindəki, bütün elektrokimyəvi neyroni hərəkətlərdən məsul fiziki rəhbərlik mərkəzi olan beynlərimzdə onun  düzgün obrazını yaratamaq isə hər birimizin öz saləahiyyətləri daxilindədir. Təbii ki, bunlar nə nəzəriyyədir, nə də fərziyyə. Sadəcə bu məsələlərlə bağlı ardıcıl müşahidələrin nəticəsində yürüdülən mühakimələrdir.