KÖŞƏ

Qvami Məhəbbətoğlu

Daha nə istəyirsiniz?

12 aprel 2018 00:16
2348

Aprelin 11-də ölkəmizdə prezident seçkiləri uğurla başa çatdı. Gözlənildiyi kimi, hər bir seçki məntəqəsində xüsusi canlanma müşahidə olundu. Hətta ilk 2 saatda seçici fəallıği bir milyona yaxınlaşdı.

Seşki məntəqələrinə gələnlər bir-birinə “Bayramınız mübarək” deməklə bayram əhval-ruhiyyəsində olduqlarını nümayiş etdirdilər. Beynəlxalq müşahidəçilər, eləcə də xarici mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri belə bir xoş mənzərənin şahidi oldular. Onlar bir daha əmin oldular ki, Azərbaycanda prezident seçkiləri xalqın iradəsi əsasında ədalətli, şəffaf, demokratik keçir.

Bir sözlə, xarici ölkələrdə havadarları sayəsində sosial şəbəkələrdə meydan sulayanların, piketlər təşkil edənlərin anitazərbaycan təbliğatlarına baxmayaraq, milyonlarla seçici seçki məntəqələrinə axışaraq sərbəst şəkildə istəkdikləri prezidentliyə namizədə qəlblərinin səsini dinləyib: “Millətimiz, dövlətimiz üçün xeyirlı olsun deyərək” səslərini verdi və öz vətəndaşlıq borclarını yerinə yetirdi. Bununla da onlar müasir və klassik söyüşlərlə silahlanaraq seçkiləri boykot etməyə çalışanlara belə bir mesaj göndərdilər: prezident seçkiləri ilə bağlı bizim sizin kimilərin məsləhətlərinə əsla ehtiyacımız yoxdur, başımızdan rədd olun. Biz sizin uydurduğunuz siyasi əfsanələrə, nağıllara nifrət edirik, sizin nə etdiyinizi yaxşı bilirik. Siz ölkəmizdə xaos yaratmaq, vətəndaş itaətsizliyinə zəmin yaratmaq, bununla da öz çirkin niyyətlərinizə çatmaq istəyirdiniz. Amma xalqın gözünün tərəzi olduğunu unutdunuz. Unutdunuz ki, bu gün artıq xalq heç də 25 il bundan əvvəki deyil, daha aktivdir. Unutdunuz ki, xalq daha küyə getmir. Xalq ağı qaradan seçməyi yaxşı bacarır; kimin kim, nəyin nə olmasını yaxşı ayırd edə bilir. Elə bu düşüncə tərziniz də sizi biabırçı məğlubiyyətə uğratdı.

Xalq belə bir mesajı “Məhsul” stadionunda öz qohum-əqrəbalarını başlarına yığıb, amma adını “ümumrespublika səviyyəli” mitinq qoyanlara, bununla da ümumrespublika sözünü urvatsız edərək siyasi “məhsul” toplamaq istəyənlərə - AXCP sədri Əli Kərimliyə, “Milli Şura”nın sədri Cəmil Həsənliyə, amalı bəlli olmayan  Nurəddin Məmmədliyə, nə istədiyini hələ da başa düşməyən Gültəkin Hacıbəyliyə də yolladılar. Bununla xalq həm xaricdəki, həm də daxildəki ictimai rəyi çaşdırmağa çalışan boykotsevərləri mat qoydu. Ağası gülüm - antiazərbaycan qüvvələri olanın başına külüm olmasını bu formada isbatladı. Elə bu səbəbdən əli kərimlilərin, cəmil həsənlilərın, orduxanların, turalların başlarının üstünü qara buludlar aldı. İndi onlar öz ənənələrinə uyğun olaraq prezident seşkiləri ilə bağlı yeni böhtanlar istehsal etmək barədə düşüncələrə qərq olublar. Güman etmək olardı ki, bu seçici fəallığından sonra dağıdıcı qüvvələrin, Azərbaycandakı inkişafı görməyənlərin, daha doğrusu, görmək istəməyənlərin qaşınmayan yerdən qan çıxarmağa çalışan “istehsal müəssisələri” - xəbis ürəkləri daha sözlərinə baxmayacaq və özlərinə qənim kəsiləcək.

Amma görünən odur ki onlar daha da aqressivləşmək, dəridən-qabıqdan çıxmaq niyyətindədirlər. Belə məqamda bir sual ortaya çıxır: daha nə istəyirsiniz, ey öz ölkəsinə qənim kəsilənlər, ey antiazərbaycan dairələrə xidmət edənlər? Axı xalq sizlərə çox mədəni, həm də sivil şəkildə öz səsi ilə yerinizi göstərdi. Bundan o yana varmı?

Amma buna təəccüblənməyə dəyməz. Azərbaycan Boks Federasiyasının  I vitse-prezidenti, Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyevin sözü olmasın, Orduxan kimi kultiristlərin beyni inkişaf etmir. Belə adamların qanı ancaq əzələlərin inkişafına sərf olunur. Ona görə də beyinə qan çatmır, bu fiziologiyadır. Üstəlik, Qərbdən aldıqları pullar onların, eləcə də əli kərimlilərin başlarını elə xarab edib ki... Görünür, elə onların yenidən fəallaşmaq cəhdləri bu səbəbdəndir. Təbii ki, onların bu kimi addımları da cavabsız qalmayacaq. Çünki xalqımız seçdiyinə, Azərbaycan naminə çalışana, beynəlxalq aləmdə onun nüfuzunu artırana dayaq olmağı da yaxşı bacarır.

Qvami Məhəbbətoğlu