KÖŞƏ

Vəli İlyasov

İt hürəcək, karvan keçəcək...

06 sentyabr 2018 23:07
4122

Köhnə ənənələrinə sadiq qalan  ermənilər yenə də  cəfəngiyyat və qarayaxma ilə məşğuldurlar. Belə ki, 20-27 sentyabr 2018-ci il tarixində cüdo üzrə 32-ci dünya çempionatının Azərbaycanda keçirilməsinə bir neçə gün qalmış Ermənistan KİV-ləri Azərbaycanın təhlükəsizlik məsələlərinə zəmanət verməməsi və bununla əlaqədar olaraq idmançıların ölkəmizə gəlməmələri ilə bağlı  həqiqətə uyğun olmayan və tamamilə yalan fikirlər yayırlar.

Lakin Azərbaycan  Respublikası Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin bu barədə yaydığı məlumatda bildirilir ki,  bir neçə il əvvəl  Azərbaycanda  və Ermənistanda keçirilən yarışlar zamanı idmançıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki ölkə arasında xüsusi format mövcud olub.  “Bu formata əsasən Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin rəsmilərinin iştirakı ilə hər iki ölkə nümayəndəsi qarşılıqlı səfərlər çərçivəsində təhlüksizliyin təmin edilməsinə dair sənədə imza atırıblar. Son illər ərzində isə rəsmilərin gediş-gəlişinin azaldılması məqsədilə  idmançıların təhlükəsizliyinin təminatı üçün hər iki ölkə tərəfindən biri-birinə dövlət səviyyəsində zəmanət məktubları təqdim edilir. Bu dəfə də Azərbaycan Hökuməti qaydalara əməl edərək Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktubunu vaxtında Ermənistana təqdim edib. Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən daha dəqiq soruşmaq lazımdır”,- deyə məlumatda bildirilir.

Yüz illər boyu öz yalanları ilə yırtıcı sifətinlərini  məharətlə gizlədən və özlərini  dünyaya “əzabkeş”, “yazıq” və “məzlum” kimi tanıtmış ermənilər azərbaycanlılara şər-böhtan atmaqdan, torpağımıza təcavüz etməkdən çəkinməyiblər. Öz adlarını yarlık kimi bizə yapışdırmağa çalışan bu rəzillər hətta informasiyaların ildırım sürəti ilə yayıldığı  iyirmi birinci əsrdə də köhnə vərdişlərindən əl çəkmək istəmirlər. Onlar bütün dünyanın gözü qarşısında yalana həqiqət donu geyindirməyə çalışırlar. Ancaq daha keçmir, ermənilərin necə iyrənc bir mövcudiyyət olduqları artıq bəllidir. İndi erməni dəst-xətti  hər yerdə dərhal tanınır. Daha onların çaldığı havaya oynayan yoxdur. Ermənilərin apardıqları təbliğata baxmayaraq indi dünyanın aparıcı dövlətləri və mötəbət beynəlxalq təşkilatlarda Azərbaycanın bürün ölkələrə açıq dövlət olduğu məlumdur və hamı tərəfindən təqdir olunur. Erməni idmançılarının Bakıda keçiriləcək yarışlarda iştirak etmələrinə maneə yoxdur.  Müəmma ermənilərin özlərindədir və hər vəchlə öz günahlarını yenə bizim üzərimizə yıxmaq istəyirlər. Onların üfürüb şişirtdikləri yalanlar sabun köpüyü kimi partlayır, əsl sifətləri isə açıq görünür. Qısaca desək, indi ermənilərin uydurduqları ağ yalanlar nə ayaq tutur, nə də yeriyir, özləri deyib,  özləri də eşidirlər, necə deyərlər, “İt hürər, karvan keçər.”