21 oktyabr 2018 14:30
566

ETSN: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır: "Sürüşmə zonasının sağ və sol hissəsindəki çatlarda genişlənmə müşahidə edilib".