18 yanvar 2018 23:26
1573

Bakıda zəncirvari yol qəzası baş verib

Bakıda zəncirvari qəza, prospektdə tıxac yarandı

Trend-in məlumatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində, "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən "Chevrolet", "Mercedes" və "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə prospektdə tıxac yaranıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.

Hazırda yol polisləri ərazidə tıxacın aradan qaldırılması istiqamətində tədbir görür.