20 avqust 2018 18:08
768

Ronaldusuz oyunda azarkeş antirekordu qeydə alındı

İspaniyanın "Real Madrid" klubunun Kriştianu Ronaldunun iştirakı olmadan keçirdiyi ilk rəsmi ev oyununda azarkeş sayında antirekord qeydə alınıb.

Milli.Az Report-a istinadən bildirir ki,  La Liqanın I turunda "kral klubu"nun "Xetafe"ni 2 cavabsız qolla məğlub etdiyi görüşü 48466 nəfər tribunadan izləyib. Bu isə son 10 mövsümün ən aşağı göstəricisidir.

Sonuncu dəfə bu cür aşağı göstərici 2009-cu ilin mayında qeydə alınıb. "Real Marid"in "Santyaqo Bernabeu"da "Malyorka"ya 1:3 hesabı ilə uduzduğu matça 45 min azarkeş gəlib.

Qeyd edək ki, "Santyaqo Bernabeu"nun tutumu 81044 nəfərlikdir. 2009-cu ilin yayında İngiltərənin "Mançester Yunayted" klubundan "Real Madrid"ə keçən Kriştianu Ronaldu ötən ay İtaliya təmsilçisi "Yuventus"a transfer olunub.