18 noyabr 2017 01:15
1195

"Qarabağ" 10 nəfərlə qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. 

İlk oyun günündə yalnız 1 görüş keçirilib. Turun açılış matçında “Qarabağ” “Sumqayıt”ı sınağa çəkib. 

Bu, Bakı Olimpiya Stadionunda keçiriləcək ölkə çempionatının ilk oyunu kimi tarixə düşüb. Ağdam klubu 10 nəfərlə qalmasına baxmayaraq, 2:0 hesabı ilə qalib gəlib. 

Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə qarşı keçiriləcək matç öncəsi “Sumqayıt”ı da məhz ölkənin ən böyük arenasında qəbul edəcək. 

Qeyd edək ki, turun 2 oyunu şənbə, 1 matçı isə bazar günü keçiriləcək. 

Topaz Premyer Liqa 12-ci tur

17 noyabr 

18:30. “Qarabağ” - “Sumqayıt” - 2:0
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev
Qollar: Almeyda, 41, Dino Ndlovu, 65
Qırmızı vərəqə: İbrahim Şehiç, 30 ("Qarabağ")
Bakı Olimpiya Stadionu

18 noyabr (şənbə)

13:00. “Keşlə” - “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov
“İnter Arena”

15:00. “Kəpəz” - “Səbail”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

19 noyabr (bazar)

17:00. “Neftçi” - “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
8-ci km stadionu