19 iyul 2018 22:59
1344

Özoral: Türkiyə XİN rəhbərinin Azərbaycana səfərinin dəqiq tarixi yaxın günlərdə məlum olacaq

"Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar hazırlıqlar gedir". Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

O bildirib ki, səfir Türkiyədə keçirilən seçkilərdən sonra ilk rəsmi səfərini həyata keçirmiş olacaq: "Səfərin dəqiq tarixi yaxın günlərdə məlum olacaq".