21 sentyabr 2018 14:37
1173

Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Xarici işlər  naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti  BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.