19 yanvar 2018 16:12
1184

Prezident özbəkistanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində Özbəkistan vətəndaşlarının faciəli şəkildə həlak olması xəbərindən son dərəcə sarsıldığını bildirib.

Prezident İlham Əliyev baş vermiş hadisə ilə əlaqədar Prezident Şavkat Mirziyoyevə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.