20 iyul 2018 18:02
867

Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb.

"İki sahil" Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək “Tank biatlonu” müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək.
Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək.