15 oktyabr 2018 21:51
2407

ABŞ rəsmisi Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar.