19 aprel 2018 22:37
1802

“Vikipediya”da “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri Kəlbəcər rayonunda ermənilər tərəfindən törədilmiş “Başlıbel faciəsi” haqqında məqalə yaradıblar.

MEK-dən bildiriblər ki, məqalə ilə daha ətraflı buradan tanış olmaq mümkündür.

Məqalədə 25 il bundan əvvəl Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğınlar haqqında faktlar təqdim olunub. Həmçinin 1993-cü il aprelində Kəlbəcərin Başlıbel kəndində ermənilər tərəfindən törədilən vəhşiliklər və mühasirəyə düşən 73 kənd sakininin faciəvi aqibəti təsvir edilib. Faciə ilə bağlı 2017-ci ildə Azərbaycan və ingilis dillərində “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” kitab nəşr olunub. Kitabda ermənilərin Başlıbel kəndində törətdiyi qırğının şahidlərinin fikirləri yer alıb, həmçinin mühasirədə qalan uşaqların, qocaların və qadınların həyatını xilas etmək üçün böyük fədakarlıqlar göstərmiş şəxslərin xatirələri verilib.