12 yanvar 2018 21:52
839

Bolqarıstanın baş naziri Azərbaycana səfərə gələcək

Bolqarıstanın baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycana səfərə gələcək.

"Report" xəbər verir ki, hökumət başçısı Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycanla Bolqarıstan arasında əlaqələrin, o cümlədən enerji sektorunda əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.

B.Borisovun Bakıya səfəri yanvarın 16-da başa çatacaq və o, Strasburqa gedəcək.