16 oktyabr 2018 01:39
1824

Misirdə 9 terrorçu zərərsizləşdirildi

Misirin təhlükəsizlik qüvvələri ölkənin cənubundakı Asyut əyalətində 9 terrorçunu zərərsizləşdirib.

Trend xəbər verir ki, əməliyyat zamanı çoxlu sayda silah-sursat və partlayıcı maddə aşkar edilib.

Qeyd olunur ki, həmin silahlı qruplaşmanın bir neçə terror aktı və hücumlar təşkil etmək planları mövcud olub.

Bölgədə əməliyyat davam etdirilir.