21 oktyabr 2018 19:32
512

Badamdardakı sürüşmə sahəsində quruntun yerdəyişməsi müşahidə edilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar sürüşmə zonasında müşahidələr və monitorinqləri davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmanın saat 15:00-a olan nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və quruntun yerdəyişməsi müşahidə edilir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda səhər saatları ilə müqayisədə genişlənmə qeydə alınıb.