21 oktyabr 2018 21:44
613

Tayvanda qatar qəzası: 17 nəfər ölüb

Çinin Tayvan adasında relsdən çıxan qatarın qəzaya uğraması nəticəsində 17 nəfər ölüb, 101 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, hadisə İlan qəsəbəsində yerli vaxtla saat 16:50-də (Bakı vaxtı ilə 12:50) baş verib.
Bildirilir ki, 8 vaqondan ibarət “Puyuma” sürət qatarının 310 sərnişin tutumu olub. Qatarın relsdən çıxması ilə 5 vaqon aşıb.
Hadisə yerinə təcili yardım briqadaları, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.