20 avqust 2018 17:57
1185

Ukraynada iri qaz yatağı aşkar edilib

Ukraynanın Xarkov vilayətində iri qaz yatağı aşkar edilib. 

Milli.Az Report-a istinadən xəbər verir ki, Peqedovksaya meydançasındakı qaz ehtiyatları 7 mlrd. kub metr təşkil edir.

Yataq 5 min metr dərinlikdə yerləşir və quyunun yoxlanılması zamanı oradan 200 min kub metr qaz çıxarılıb.

Hazırda yataqda hasilata başlanılması ilə bağlı müvafiq işlər və araşdırmalar aparılır.