16 oktyabr 2018 00:51
1409

“Shell” Şimal dənizində daha bir layihəyə qoşuldu

“Shell UK” ”Rockrose Energy” və “Dyas UK” şirkətləri ilə birlikdə Şimal dənizinin Böyük Britaniyaya məxsus hissəsində yerləşən “Arran” qaz və kondensat yatağının istismarı ilə bağlı son sərmayə qərarını hazırlayıb.

“ogj.com” saytının yaydığı məlumata görə, 1985-ci ildə kəşf edilmiş “Arran” yatağında gündəlik hasilatın 21 min barel neft ekvivalenti həcmində olacağı güman edilir. Orada dörd istismar quyusu qazılacaq. Təbii qaz və maye qaz yeni sualtı kəmər vasitəsilə “Shearwater” platformasına daşınacaq.