17 noyabr 2017 22:54
1692

Lerikin Murya və Əvilə kəndləri qazlaşdırılıb

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lerik rayonunun Murya və Əvilə kəndlərinə təbii qaz verilib.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov hər iki kəndin sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Kənd sakinləri əhalinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.