20 yanvar 2018 19:32
1876

Azərbaycan 20 Yanvar şəhidlərini anır

Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 28-ci ildönümüdür.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini anır. Səhər saatlarından etibarən on minlərlə insan paytaxtdakı Şəhidlər Xiyabanını ziyarətə başlayıb. Sadə vətəndaşlar şəhidlərin məzarlarını ziyarət edir, qəbirlər üzərinə qərənfillər düzür, Vətən uğrunda qurban gedənlərin ruhu qarşısında baş əyərək, ehtiramlarını bildirirlər.