14 iyun 2018 20:17
1023

Beş ayda BTC kəməri ilə 13,8 milyon tonadək neft göndərilib

Cari ilin ilk 5 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 16 milyon 899,1 min ton neft nəql olunub. Nəqletmənin 81,3 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 13 milyon 743,9 min ton neft ötürülüb. Beş ayda BTC ilə 2 milyon 595,1 min ton tranzit neft də nəql edilib.