20 avqust 2018 18:10
743

Nazir Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqustun 24-də saat 11:00-da Qəbələ şəhərində, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin binasında vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, qəbulda Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Vətəndaşların qeydiyyatı Qəbələ şəhərində, nazirliyin Şimal-Qərb Regional Mərkəzinin binasında avqustun 23-də saat 09:00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: 994 (12) 512-01-14, e-mail: [email protected]