19 aprel 2018 19:29
1427

"Koroğlu" metro stansiyasının "piramida" girişi təmirə bağlanır

Bakının "Koroğlu" metro stansiyasının əsas girişi bağlanır.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, stansiyanın girişi təmirə bağlanır: "Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır. Lakin stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq".