17 noyabr 2017 23:51
1063

YAP xalqın birlik simvoluna çevrilib

Yardımlı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə bağlı tədbir keçirilib. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri barədə danışıb, YAP Yardımlı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev geniş məruzə ilə çıxış edərək bildirib ki, xalqın və zamanın tələbi ilə yaranan YAP ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi formalaşması üçün böyük çətinlikləri aradan qaldırdı, xalqın birlik simvoluna çevrildi. Qısa vaxt ərzində ümummilli lider Heydər Əliyevin partiyası adlanan və xalq tərəfindən sevilən YAP-ın respublikanın bütün bölgələrində ilk təşkilatları yarandı”.

Tədbirdə  veteran YAP üzvlərinə qiymətli hədiyyələr, pul mükafatları və fəxri fərmanlar verilib.

Sonda tədbir iştirakçıları rayonun Heydər Əliyev prospektində keçirilən ağacəkmə aksiyasında iştirak edərək minə yaxın müxtəlif növ ağac əkiblər.

Cavid Əkbərov, “İki sahil”