21 may 2018 21:36
1616

«İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar»

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ərəfəsində bu adda kitab ictimaiyyətə təqdim olunacaq

Dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq «İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar» adlı kitabı nəşr olunub.

Son iki əsrdə milli məfkurəni, özü­nüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitab­da öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir.

Bəxtiyar Qaraca və Akif Aşırlının müəllifliyi, filologiya üzrə fəlsəfə doktoru, «Kaspi» qəzeti və «Kaspi Təhsil Mərkəzi»nin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun «Ön söz»ü ilə işıq üzü görən «İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar» kitabı «Veysəloğlu» Şirkətlər Qrupunun Azərbaycan xalqına növbəti hədiyyəsidir.

Qeyd edək ki, kitabın təqdimat mərasimi mayın 24-də saat 11-də Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

Orxan Vahidoğlu, «İki sahil»