17 noyabr 2017 22:30
837

Tibb işçiləri iməcilik zamanı 200 ağac əkiblər

Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin və 21 nömrəli uşaq poliklinikasının təşkilatçılığı ilə aparılan aksiyada yaşıllaşdırma marafonu layihəsi barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxlu layihə və tədbirlər həyata keçirilib.

Aksiya zamanı 200-dən çox ağac və gül kolları əkilib.